Cümə, 17 May

"Bayraktar" son üç gündə 28 milyonluq hərbi texnika məhv edib

image

İki "Bayraktar" Pilotsuz Uçuş Aparatı(PUA) üç gün ərzində rusların təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib.

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Telegram"da məlumat yayıb.

Moskvada “Bayraktar” saxtakarlığı: Fırıldağın ifşası (FOTOLAR)"Avqustun 31-dən sentyabrın 2-dək iki "Bayraktar TB-2" PUA-sı düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv etdi. Bunlar 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollar), "Akasiya" özüyeriyən artileriya qurğusu (1,6 milyon dollar), piyada döyüş maşınları (0,6 milyon dollar) və haubitsalardır (0,3 milyon dollar)", - Zalujın yazıb.

Həmçinin Ukrayna rəsmisinin sözlərinə görə, beş T-72 tankı və bir piyada döyüş maşını da zədələnib.

“Məhv edilmiş və zədələnmiş Rusiya texnikasının ümumi dəyəri 28,35 milyon dollar təşkil edir”, - Zalujnı fikirlərinə əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58